Yanacaqdoldurma məntəqəqlərinə yeni nəzarət-kassa aparatları qoyulacaq

yanacaqdoldurma-menteqeqlerine-yeni-nezaret-kassa-aparatlari-qoyulacaq-
Oxunma sayı: 720

1. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına tapşırılsın ki, yanacaqdoldurma məntəqələrində tətbiq olunması üçün xüsusi konstruksiyalı və texniki göstəricilərə malik, Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilən, o cümlədən çek verilmədən neft məhsullarının və maye qazın alıcıya satılmasını (buraxılmasını) istisna (blokirovka) edən nəzarət-kassa aparatlarının Dövlət reyestrinə daxil edilməsini təmin etsin.

2. Müəyyən edilsin ki, bu qərar qüvvəyə minənədək yanacaqdoldurma məntəqələrində istifadədə olan nəzarət-kassa aparatları 2012-ci il yanvarın 1-dək onların istehlakçıları tərəfindən Dövlət reyestrinə daxil edilmiş yeni nəzarət-kassa aparatları ilə əvəz olunur.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yanacaqdoldurma məntəqələrində yalnız bu qərarın 1-ci hissəsinin tələbləri nəzərə alınmaqla, Dövlət reyestrinə daxil edilmiş nəzarət-kassa aparatlarının tətbiqini təmin etsin.

Nigar Məmmədli