Yanacaqdoldurma məntəqəsi bombalandı – 30 ölü

yanacaqdoldurma-menteqesi-bombalandi-30-olu
Oxunma sayı: 639

Anspress RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı Reuters agentliyi yayıb. “Mən 30 cəsəd saydım. Onlar yanmış və ya parçalanmış şəkildə idilər”, - agentlik Əbu Səid adlı hüquq müdafiəçisindən sitat gətirir. Suriya hökuməti hələlik məlumata münasibət bildirməyib.

Məlumata görə, yeni ilin ilk iki günü ərzində Suriyada 130-dan çox adam ölüb. Xatırladaq ki, Suriyadakı münaqişə 2011-ci ilin martında başlayıb. Müxtəlif məlumatlara görə, ölkədə 20-30 min adam zorakılığın qurbanı olub.