Yanan bina ilə bağlı kasassiya şikayəti verildi

Yanan bina ilə bağlı kasassiya şikayəti verildi
Oxunma sayı: 1386

2015-ci il mayın 19-da Azadlıq prospektindəki binada 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə təqsirləndirilən şəxslərdən biri Miryusif Mahmudov kassasiya şikayəti verib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə,  M.Yusifov həmin binada üzləmə işlərini həyata keçirən şirkətlərin təsisçisi olub. 

Onun Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi şikayət icraata qəbul edilib. M.Yusifovun kassasiya şikayəti üzrə prosesə Ali Məhkəmənin hakimi Fərhad Kərimov sədrlik edəcək. 

Həmin iş üzrə təqsirləndirilən digər şəxslər hələ ki şikayət verməyiblər. M.Yusifovun məhkəməsinin ilkin baxış iclasının tarixi yaxın günlərdə bəlli olacaq. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Miryusif Mahmudov 8 il, Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il, “Global Stone” MMC-nin direktoru Uğur Bəşirov 5 il, direktor müavini Ələkbər Əsgərov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, ”JEK” müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyova şərti cəza verilib.

Dövlətə dəyən 8,7 milyon manatlıq ziyanın qarşılığında həmin şəxslərin əmlaklarının müsadirə olunması haqda qərar çıxarıb. 

Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib və bu qərardan kassasiya şikayəti verilib. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi