Yanan “Diqlas” Eldar Mahmudova məxsusdur - Rəsmi sənəd

yanan-diqlas-eldar-mahmudova-mexsusdur
Oxunma sayı: 11631

Bu gün səhər saatlarında güclü yanğın başlayan “Diqlas” tiracət mərkəzi sabiq MTN naziri Eldar Mahmudova məxsusdur. “Qafqazinfo”nun əldə etdiyi məlumata gorə, “Diqlas”ın rəsmi sahibi  keçmiş nazirin oğlu Anar Mahmudovdur. 

Qeyd edək ki, MTN generallarının məhkəməsində də dəfələrlə “Vasmoy bazarı”nin taleyi gündəmə gəlib. İstintaq sənədlərinə görə, “Vasmoy bazarı”nın bir hissəsi Akif Çovdarovun qızının, digər hissəsi isə Hilal Əsədovun xanımı Nüşabə Əsədovanın adına olub. 

Bu məqamda bildirək ki, yanğın ticarət mərkəzinin yaxınlığındakı dönərxanaların birində baş verib. 

***

“Diqlas” ticarət mərkəzinin sabiq MTN şefi Eldar Mahmudova məxsus olması barədə xəbər rəsmən təsdiqlənib. Gununsesi.org bildirir ki, vergi sistemində adıçəkilən ticarət mərkəzinin sabiq nazirin oğlu Anar Mahmudova məxsus olmasına dair məlumat üzə çıxıb.

3 mart 2010-cu ildə qeydiyyata alınan obyektin sənədində təsisçi və qanuni təmsilçi olaraq Mahmudov Anar Eldar oğlunun adı göstərilir.