Yanan məscidlə bağlı yeni xəbər

yanan-mescidle-bagli-yeni-xeber
Oxunma sayı: 1176


“Qafqazinfo” Media Təqib Mərkəzinə istinadən xəbər verir ki, artıq bu gündən dindarlar məsciddə namaz qılamağa davam edirlər. Məscidin yanan hissəsində təmir işləri aparılır. 

Qeyd edək ki, dünən gecə saat 2 radələrində iki nəfər məscidin gözətçisini döyüb içəri daxil olublar. Onlardan biri məscidə yandırıc maddə doldurulmuş şüşə qablar atıb. Nəticədə məscid yanmağa başlayıb. Ətrafda yaşayan insanların köməyi ilə yanğın söndürülüb. Artıq məsələ ilə bağlı cinayət işi açılıb.