Yanan yataqxananın sakinləri narazıdır - Video

yanan-yataqxananin-sakinleri-narazidir-video
Oxunma sayı: 651

Yeni təmir olunmuş mənzillərə Fövqaladə Hallar Nazirliyi tərəfindən yardım olaraq adam başına yataq dəsti verilib. Yeni təmir olunmuş evlərə köçürülən sakinlər təmir işlərinin yarımçıq qaldığını və göstərilən yardımın yetərli olmadığını söylədilər.

Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynovun sözlərinə görə, yataqxana tez bir zamanda təmir olunaraq məcburi köçkünlər ora yerləşdirilib. Təmir işləri isə hələ davam edir.

Xatırladaq ki, avqustun 1-də Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli yataqxanada yanğın baş vermişdi. Yanğın nəticəsində binanın 40 faizi yanaraq yararsız hala gəlmişdi.

Nazirlər Kabineti Dərnəgül qəsəbəsindəki yataqxananın yanması nəticəsində zərər çəkmiş məcburi köçkün ailələrinə maddi yardım göstərilməsi barədə qərar qəbul etmişdi. Qərara əsasən, tərkibi 1 nəfərdən ibarət olan ailəyə 1000 manat, 2 nəfər olan ailəyə 1800 manat, 3 və daha çox nəfərdən ibarət olan ailənin hər bir üzvünə isə 800 manat olmaqla birdəfəlik maddi yardım göstərilib.



anspress