Yandırılan baş redaktorun haqqında 2 cinayət işi olub

yandirilan-bas-redaktorun-haqqinda-2-cinayet-isi-olub
Oxunma sayı: 2371


Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, S.Soltanovun qəsdən öldürülməsində şübhələr üçün əsaslar olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib. İstintaqın tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Alyarova Gülnarə Allahyar qızının S.Soltanov tərəfindən 10 aprel 2014-cü il tarixdə zorlanması barədə ərizəsi əsasında Binəqədi rayon prokurorluğunda, eləcə də S.Soltanovun dələduzluq yolu ilə özgə əmlakını ələ keçirməsi barədə vətəndaşların müraciətləri əsasında Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində toplanmış materiallar həmin cinayət işinə əlavə edilib. 

Hazırda iş üzrə Bakı şəhər prokurorluğunda istintaq davam etdirilir.