“Yanğın baş verən yataqxanada tələbələr yaşamayıb” - SDU-dan açıqlama

yangin-bas-veren-yataqxanada-telebeler-yasamayib
Oxunma sayı: 736

Avqustun 5-i Sumqayıt Dövlət Universitetinin (SDU) yataqxanasında yanğın baş verib.
 
Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, universitet ərazisində yerləşən yataqxanada 1993-cü ildən qaçqın və məcburi köçkünlər məskunlaşıb.
 
Yataqxanada ümumiyyətlə, tələbə yaşamır. Yanğın zamanı ciddi xəsarət alan yoxdur. Yüngül xəsarət alanlara yerindəcə tibbi yardım göstərilib.