Yanğın zamanı 200 nəfər təxliyyə olunub - Nazirlik açıqladı

Yanğın zamanı 200 nəfər təxliyyə olunub
Oxunma sayı: 2998

Səhiyyə Nazirliyi də baş verən yanğınla bağlı məlumat  yayıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib.

Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyyə etmək mümkün olub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir. Həyata keçirilmiş bütün zəruri tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi