Yanğın zamanı ev sahibi həlak oldu

Yanğın zamanı ev sahibi həlak oldu
Oxunma sayı: 508

Qubada ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, rayonun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1949-cu il təvəllüdlü Əlpaşayev Fazil Məhəmməd oğlunun cəsədi aşkar olunub. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi