Yanğında ölənlərdən biri hüquq müdafiəçisinin qardaşıdır

Yanğında ölənlərdən biri hüquq müdafiəçisinin qardaşıdır
Oxunma sayı: 6736

Ötən gün Respublika Narkoloji Mərkəzində baş verən yanğında həlak olanlardan bəzilərinin şəxsiyyəti müəyyənləşib.

"Qafqazinfo" Femida.az-a istinadən xəbər verir ki, ölənlərdən biri mərkəzdə müalicə alan və əvvəllər diş həkimi işləmiş Azər Sadəddinovdur. 

Yanğın zamanı həlak olan şəxsin Narkoloji Mərkəzin tibbi personalı siyahısında olmadığı məlum olub.

Azər Sadəddinov tanınmış hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşıdır.

Sayt qeyd edir ki, yanğın zamanı həlak olan şəxslərin böyük əksəriyyəti gənclər imiş.Onlar arasında iki nəfər 1992-ci il təvəllüdlü şəxslər var. Həlak olan şəxslərdən ən yaşlısı 56,63 və 66 yaşlı şəxslərdir. Onlardan bəzilərinin meyitləri ailələrinə təhvil verilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi