Yanğında ölənlərin sayı 32-yə çatdı - Foto

yanginda-olenlerin-sayi-32-ye-catdi
Oxunma sayı: 961

Kaliforniyada davam edən meşə yanğınlarının qurbanlarının sayı 32-yə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Hazırda 100-dən çox itkin düşənin axtarışları davam edir.

Bu son 84 il ərzində baş verən ən güclü yanğın hesab olunur.

Belə ki, sonuncu dəfə 1933-cü ildə Los-Ancelesdə baş verən yanğın zamanı 29 nəfər həlak olmuşdu.