Yanğında zərərçəkənlərə kompensasiya veriləcək?

yanginda-zerercekenlere-kompensasiya-verilecek
Oxunma sayı: 3662

 “Diqlas”  ticarət mərkəzində baş verən yanğında zərərçəkən sahibkarlara kompensasiyanın verilib verilməyəcəyi ilə bağlı məsələyə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aydınlıq gətirib.

"Qafqazinfo" xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, hər bir obyektin sahibi mallarını siğortalamalıdır:

"Dövlət tərəfindən kompensasiya olunması qanunən düzgün deyil. Bu, özəl müəssisədir. Bunlar sonrakı prosesslərdə müzakirə olunacaq məsələlərdir. Buna mən qərar vermirəm”.