Yanğından zəhərlənənlərin vəziyyəti necədir?

yangindan-zeherlenenlerin-veziyyeti-necedir
Oxunma sayı: 1221

Şabranda baş verən yanğın zamanı xəsarət alanlardan hazırda 2-si xəstəxanada müalicələrini davam etdirir. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, digər xəstələr ambulator müalicə üçün evə buraxılıblar. 

Xəstəxanada qalanlar 30 və 42 yaşlı qadınlardır.
 
Xatırladaq ki, Şabran rayonunda baş verən yanğınla bağlı xəstəxanaya 7 nəfər gətirilmişdi. Onlar stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər.