Yanğının qarşısının alınması üçün seminar

yanginin-qarsisinin-alinmasi-ucun-seminar
Oxunma sayı: 682

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən regionlarda rayon rəsmiləri ilə birgə seminar-müşavirə, yanğına qarşı profilaktiki və təbliğat xarakterli tədbirlər həyata keçirilir.

“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirin keçirilməsində məqsəd dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə yanğın hadisələrinin qarşısı alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunmasıdır.

Tədbirlər artıq Gəncə, Qəbələ, Lənkəran, Salyan şəhərlərində, Ağdam və Beyləqan rayonlarında keçirilmiş, Xızı, Qobustan, Yevlax və Xaçmaz rayonlarında keçiriləcək.