Yanğının səbəbi açıqlandı

yanginin-sebebi-aciqlandi
Oxunma sayı: 644

SİA-nın xəbərinə görə, hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib ki, saat 12.18 radələrində xidmətə yanğın haqda məlumat daxil olub. Hadisə yerinə Yasamal rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları, 4 yanğınsöndürən maşın cəlb olunub: “Hadisə C.Cabbarlı və M. N. Naxçıvani küçələrinin kəsişməsində yerləşən 17 mərtəbəli binanın 1-ci mərtəbəsindən 17-ci mərtəbəsinədək olan şaxtadan keçən elektrik naqillərinin yanması nəticəsində baş verib. Yanğın zamanı binada olan 20-yə yaxın vətəndaş təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, hazırda yanğın söndürülüb və yanğının dəqiq səbəbləri araşdırılır.