Yanğının söndürülməsində dəmiryolçular da iştirak edib

yanginin-sondurulmesinde-demiryolcular-da-istirak-edib
Oxunma sayı: 1817

Bakının Nərimanov rayonu ərazisində Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğının söndürülməsi üçün cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən texnikalarının fasiləsiz su ilə təchiz olunması üçün yanğın baş verən əraziyə dəmir yolunun Mühafizə Departamentinin Biləcəri yanğından mühafizə komandasının 2 çən vaqonu gətirilib.

Bu barədə "Qafqazinfo"ya “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildiriblər.

Eyni zamanda “ADY Konteyner” MMC-yə məxsus 160 tonluq su hovuzundan də istifadə olunub.