Yanğının ziyanı açıqlandı

yanginin-ziyani-aciqlandi
Oxunma sayı: 1394

Kaliforniyada meşə yanğınlarının evlərə vurduğu ziyan açıqlanıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniyanın Şasta əyaləti ərazisində başlayan təbii “Carr Fire” yanğını 500 evi tamamilə məhv edib, 75-inə ziyan vurub. 

Ştatın yanğından mühafizə və meşə təsərrüfatı departamenti bildirib ki, yanğın 19,5 min hektar ərazini əhatə edib, onun 5%-i söndürülüb. 

Qeyd edək ki, təbii fəlakət nəticəsində 3 nəfər ölüb, 12 min insan evakuasiya edilib.

Aysel Kərimova