Yanukoviç bu qızla qaçıb - - Fotolar

yanukovic-bu-qizla-qacib-
Oxunma sayı: 9189


Belə ki, Yanukoviçin Mejiqorye sarayından həyat yoldaşı Lyudmila ilə deyil, 39 yşlı sevgilisi Lyubov Polejay ilə qaçdığı iddia edilir. Sensasiyalı iddiaları ukraynalı jurnalist Sergey Leşçenko ortaya atıb. 

Yanukoviçin cümə günü helikopterlə qaçdığı kadrlarda meydançada pudil cinsi it olduğu diqqəti cəlb edir. Ertəsi gün onun evinə daxil olan jurnalistlər bir foto tapıblar. Fotoda eyni it L.Polejayın qucağındadır. 
Məhz bundan sonra Ukrayna prezidentinin sevgilisi ilə qaçması barədə iddialar ortaya çıxıb.

Qeyd edək ki, V.Yanukoviçin 3 ildir ki, Lyubov Polejay ilə əlaqəsi olduğu barədə şayiələr dolaşır. Onun adıçəkilən qadınla tanış olmasına aşbazı Nadejda Marintseva səbəb olub. Polejay aşbaz qadının bacısıdır. 
Qadın əvəllər tez-tez Mejiqorye iqamətgahına gəlib gedib. Son 3 ildə isə bu evdə xanımlıq edib. Ölkənin birinci xanımı vəziyyətdən xəbərdar olub, lakin səssizliyini qoruyaraq Donetsk şəhərində tək yaşayıb. 

Yanukoviçin evində hətta Polejayın məktəbli qızı üçün xüsusi otaq da hazırlanıb.