“Yanukoviç, get özünü öldür”

yanukovic-get-ozunu-oldur
Oxunma sayı: 6279


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Belarus prezidenti deyib: "Yanukoviçə gəldikdə: mənimçün onun nəyi prezidentdir? Bu da onun sonuncu çıxışı: yoldaşlar, cənablar, mən sağ və salamatam, silahlı qüvvələrin ali baş komandanıyam. Dərhal sual doğur: bəs sənin ordun hardadır?"

"Prezident öz xalqının yanında olmalıdır, nə qədər çətin olsa da. Əgər sabah səni güllələsələr, öldürsələr belə - deməli, sənin taleyin budur. Deməli, sən özünü qurban verməlisən. Bəs necə? İqamətgahda oturub, hakimiyyətdən zövq alanda yaxşı idi, çətin olan kimi qaçmalısan? Yox mən bunu qəbul edə bilmirəm",- deyə Belarus lideri bildirib.