Yanukoviç sanatoriyada

yanukovic-sanatoriyada
Oxunma sayı: 1980


Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Paski bildirib. "Onun harada olması barədə yeni bir söz deyə bilmərəm", - Paski bəyan edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Yanukoviçin harada olduğu haqqında heç bir məlumatı olmadığını deyib. "RİA Novosti"yə açıqlamasında Peskov "Məndə heç bir məlumat yoxdur ", - deyə bildirib.

Həmçinin Rusiya Prezident Administrasiyasının işlər idarəsindən də Yanukoviçin harada olması barədə danışmaqdan imtina ediblər. İdarənin mətbuat katibi Viktor Xrekov deyib ki, Yanukoviçin "Barvixa" şəhərətrafı sanatoriyasında olması barədə məlumatı yoxdur.

Qeyd edək ki, bu gün bəzi KİV-lər Yanukoviçin Rusiya prezidentinin işlər idarəsinə məxsus şəhərətrafı "Barvixa" sanatoriyasında olduğu barədə məlumat yayıblar. Xəbərə görə, Yanukoviç fevralın 25- də gecə Moskvaya gəlib. Onu Radisson Royal Moscow otelində görüblər. Bundan sonra isə Yanukoviçin "Barvixa"ya köçürüldüyü deyilir.