Yanukoviç Ukrayna xalqından üzr istədi- - Canlı yayım

yanukovic-ukrayna-xalqindan-uzr-istedi-
Oxunma sayı: 4374



“Mən Ukraynanın gələcəyi üçün mübarizəni davam etdirmək niyyətindəyəm”

“Ölkədə hakimiyyəti millətçi profaşistlər tutublar ki, onlar da Ukrayna əhalisinin tamamilə azlığını təşkil edirlər”

“Ümummilli referendum keçirilməsini təklif edirəm”. 

“Bütün qurbanlar Qərbin Maydanda yol verdiyi məsuliyyətsiz siyasətinin nəticəsidir”. 

“Məni heç kim devirməyib. Mən ölkəni mənim və yaxınlarımın həyatına təhlükəyə görə tərk etdim. Mən heç yerə qaçmamışdım. Kievdən Xarkov şəhərinə gəldim. Mən hələ Kievdə olarkən mənə avtomatik silahdan atəş açdılar. Məni qoruyan avtomobilə faktiki olaraq hər tərəfdən atəş açılırdı”. ”.

“Utanıram. Mən ölkədə baş verənlərə görə veteranlar, Ukrayna xalqı qarşısında üzr istəmək istəyirəm ki, stabilliyi saxlamağa gücüm çatmadı”

***

“Bu situasiyada istənilən hərbi müqavimət yolverilməzdir. Mən hərbi kömək üçün (Rusiyaya –red.) müraciət etməyi düşünmürəm. Ukrayna bölünməz olaraq qalmalıdır”.

“Mən Rusiyaya öz vəzifələrini yerinə yetirən və həyatımı qoruyan vətənpərvər ruhlu zabitlərin yardımı ilə gəldim. Vladimir Putinlə görüşməmişəm. Rusiya ərazisinə gəldikdən sonra onunla telefonda danışdım. Biz razılaşdıq ki, imkan düşən kimi görüşəcəyik”. 

“Putinin xarakterini bildiyim üçün təəccübləndim ki, niyə görə o, hələ də susur”.