Yanvar ayında “Azərişıq”a 284 sahibkar müraciət edib

Yanvar ayında “Azərişıq”a 284 sahibkar müraciət edib
Oxunma sayı: 434

“Azərişıq” ASC-nin “ASAN” xidmət vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlər artıq bütün regionları əhatə edir. 

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu səbəbdəndir ki, arxada qalan yanvar ayı ərzində Azərişıq ASC-yə “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri vasitəsi ilə daxil olan müraciətlərin sayı əvvəlki aylarla müqayisədə artıb. Belə ki, Azərişıq “ASC”-nin göstərdiyi 10 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq fəaliyyəti ilə bağlı elektrik şəbəkəsinə qoşulma xidmətində prosedurların azalması, eyni zamanda məişət abonentlərinə işıq çəkilməsinin ölkənin bütün “ASAN” xidmət mərkəzlərini əhatə etməsi müraciətlərin sayına yaxşı mənada təsir edib. 

Nəticədə “Azərişıq” ASC-yə yanvar ayında “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri vasitəsi ilə 284 sahibkar müraciət edərək elektrik şəbəkəsinə qoşulmaq istəyib. Eyni zamanda 3041 abonent evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN” xidmət mərkəzlərinə üz tutub. 

Ümumilikdə isə yanvar ayı ərzində “Azərişıq” ASC-nin “ASAN” xidmət mərkəzləri vasitəsi ilə göstərdiyi 10 xidmət üzrə (əhali və qeyri əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması,, əhali və  qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğaçın yoxladılması, smart karta ödəniş edilməsi) 18 409 müraciət olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi