Yanvarda un və çörək ucuzlaşıb

yanvarda-un-ve-corek-ucuzlasib-
Oxunma sayı: 650

Dövlət Statistika Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, yanvar ayında ərzaq məhsullarından manna yarmasının, qoyun ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, kərə yağının, qarğıdalı yağının, naringinin, almanın, armudun, heyvanın, narın, şabalıdın, kələmin, qoz və fındığın, qiyməti bahalaşıb. Ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu əsasən unun, qarabaşaq yarmasının, çörəyin, mal və toyuq ətinin, təzə balığın, yumurtanın, günəbaxan və zeytun yağlarının, limonun, bananın, portağalın, göyərtinin, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun və s. məhsulların qiymətlərində müşahidə olunub.

Nigar Məmmədli