“YAP-a üzv olmadığım üçün məni işdən çıxardılar”

yap-a-uzv-olmadigim-ucun-meni-isden-cixardilar
Oxunma sayı: 653

Onun sözlərinə görə, işdən azad edilməsinə rəsmi səbəb olaraq müqaviləsinin müddətinin bitməsini və müəllim yoldaşlarının heç birinin ona səs vermədiyini göstəriblər. F. Hacıyev bildirib ki, seçkidə iştirak edənlərə təzyiq olunub. “Mənə kafedramızın rəhbəri Zakir Zeynalov tərəfindən xəbərdarlıq olunmuşdu. Hətta təhqirlərə də məruz qalmışdım. Tələbələrimə mənim şəxsiyyətimi alçaldacaq sms-lər yazmaqda tapşırılmışdı və o tələbələr haqqında hələ də heç bir cəza tədbiri görülməyib”.

F. Hacıyev qeyd edib ki, 2010-cu ildə yaşadığı evi atasının adından çıxarıb öz adına keçirmək üçün müraciət etdiyi qurumda ondan 500 AZN məbləğində rüşvət istənilib: “Mən isə heç nə verməyəcəyimi bildirdim. Bu barədə həmin ilin iyul ayının 23-də prezident İlham Əliyevə məktub yazdım. Ancaq mənim şikayətlərimə cavab verilmədi. Rüşvətə və korrupsiyaya qarşı universitetdə mübarizə aparan şəxs kimi mən də YAP-ın üzvlüyündən çıxarıldım”.

O, işdən çıxarılmasına səbəb olan amillərdən biri kimi 2010-cu ilin dekabrında Azadlıq radiosunda “İlham Əliyevin üçüncü prezidentliyi ikincidən çətin olacaq” adlı məqaləsinin çıxarılmasını göstərib: “Bəxtiyar Hacıyev həbs olunanda mən etirazlar etdim və kəskin çıxışlarım oldu. Bütün bunlar son nəticədə məni işdən uzaqlaşdırılmağıma səbəb oldu. Məhkəməyə müraciət etmişəm. Amma qorxuram ki, şikayətim qeydə alınmasın”.

Sədan Bünyadova