YAP ağacəkmə kampaniyası keçirəcək

yap-agacekme-kampaniyasi-kecirecek
Oxunma sayı: 640


“Qafqazinfo” xəbər verir ki, aksiya iyunun 11-də baş tutacaq. Aksiyada Bakıdan Qazağa doğru İpək Yolu üzərində yerləşən 10 rayonda (Bakı, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Gəncə, Şəmkir, Tovuz , Ağstafa və Qazax) yaşıl ağaclar əkiləcək. Layihənin əsas məqsədi 1993-2013-cü illər ərzində həm Heydər Əliyev siyasətinin, həm də bu yolu davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyein uğurlarının İpək Yolu boyu gündəngünə gözəlləşən və inkişaf Azərbaycan rayonlarının simasında bütövlükdə cəmiyyətə çatdırmaqdır. Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Təşkilatı və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tərəfindən həyata keçirilən ağacəkmə kampaniyası həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış İDEA Ətraf Mühit Kampaniyasına dəstə kimi nəzərdə tutulub.