YAP AKP ilə bağlı mövqeyini açıqladı

yap-akp-ile-bagli-movqeyini-aciqladi
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, Yeni Azərbaycan Partiyasının Sədr müavini, icraçı katibi Əli Əhmədov bildirib ki Türkiyə Azərbaycana qardaş ölkədir və türk xalqı hansı partiyanın seçəcəksə, Azərbaycan xalqı üçün də, Yeni Azərbaycan Partiyası üçün də bu, məqbul olacaq. Ə. Əhmədov deyib ki, YAP-la Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) arasında yaxşı münasibətlər var: “Biz mütəmadi olaraq müxtəlif səviyyələrdə toplantılar təşkil edirik, müzakirələr, fikir mübadiləsi aparırıq. Türkiyədə son illər AKP-nin rəhbərliyi altında həm iqtisadi, həm də siyasi inkişaf var. Bu ölkədə son illər əldə olunan inkişafda AKP-nin xidmətləri xüsusi qeyd olunmalıdır. Hesab edirəm ki, türk seçicilər bütün bunları nəzərə alacaq”.

Türkiyədə iyunun 12-də parlament seçkiləri keçiriləcək.