YAP-çı gənclər cəbhə bölgəsində oldular

yap-ci-gencler-cebhe-bolgesinde-oldular-
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Bərdə və Ağdam rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər, az təminatlı və şəhid ailələri ilə görüşüb, onlara bayram sovqatı paylayıblar.

Gənclər Bərdədə müvəqqəti məskunlaşan Milli Qəhrəman Yelmar Edilovun ailə üzvləri ilə də görüşüblər.

Nümayəndə heyəti daha sonra Ağdam rayonuna gedərək burada rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov ilə görüşərək görülən işlərlə tanış olublar.

Daha sonra Yeni Azərbaycan Partiyasının Gənclər təşkilatının nümayəndə heyəti rayonun Bənövşələr qəsəbəsində müvəqqəti məskunlaşan məcburi köçkünlər, az təminatlı ailələr və şəhid ailələri ilə görüşərək onlara bayram sovqatı hədiyə ediblər.

Fatimə Kərimli