YAP gəncləri Brüsselə gedir

yap-gencleri-brussele-gedir
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, Avropa Xalqları Partiyası (EPP) ilə Yeni Azərbaycan Partiyası arasında bir sıra birgə layihələr həyata keçirilib. Partiyalararası münasibətlərə uyğun olaraq yeni bir layihənin həyata keçirilməsi də nəzərdə tutulub. EPP-nin dəvəti ilə 28 noyabr – 4 dekabr tarixləri arasında Brüsseldə səfərdə olacaq YAP Gənclər Birliyinin nümayəndə heyəti səfər proqramı çərçivəsində EPP-nin, Avropa Birliyi və Avropa Parlamentinin baş qərargahında bir sıra görüşlər keçirəcəkdir.
Avropa Xalqları Partiyası Avropanın ən böyük siyasi partiyasıdır. Belə ki, tərkibinə 39 ölkədən 74 siyasi partiya daxildir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 2008-ci ildən Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir və bir sıra qarşılıqlı səfərlər həyata keçirilib.