“YAP gəncləri bu prosesdən kənarda qalmayıb”

yap-gencleri-bu-prosesden-kenarda-qalmayib
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib. S. Orucov bildirib ki, hazırda müxtəlif səviyyələrdə Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir: “Təbii ki, Azərbaycanın ən böyük gənclər təşkilatı olan YAP Gənclər Birliyi də bu prosesdən kənarda qalmayıb. Biz artıq müstəqilliyimizin bərpa olunmasının 20 illiyi ilə bağlı tədbirlərə start vermişik. Qarşıdakı dövrdə də yeni tədbirləri keçirəcəyik. Hesab edirəm ki, gənclərimiz bu prosesdə fəal rol oynamalıdır”.

Fatimə Kərimli