YAP-ın 25 illik yubileyi Gəncədə silsilə tədbirlərlə qeyd edilir

yap-in-25-illik-yubileyi-gencede-silsile-tedbirlerle-qeyd-edilir
Oxunma sayı: 1524

Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə bağlı silsilə tədbirlərin keçirilməsi davam edir. YAP Gəncə şəhər Təşkilatının dəstəyi və təşkilatçılığı ilə Gəncə şəhərində fəaliyyət göstərən universitetlərdə gənclərlə görüşlər keçrilib.
 
"Qafqazinfo"ya daxil olan məlumata görə, AMEA-nın müxbir üzvü, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, GDU-nun prorektoru, millət vəkili Pərvin Kərimzadə, dosent İsfəndiyar Alverdiyev, gənclərdən Nərmin Verdiyeva, Yunus Abarəliyev və digərləri çıxış edərək, Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 25 illik tarixi yoldan, partiyanın hakim siyasi təşkilat kimi fəaliyyəti dövründə Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda əldə olunan misilsiz uğurlu nəticələrin bu gün partiyanın Sədri, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində yeni-yeni uğurlara yol açmasından danışıblar.