YAP-ın təşkilat sədri jurnalist Nicat Dağlardan yazdı

yap-in-teskilat-sedri-jurnalist-nicat-daglardan-yazdi-
Oxunma sayı: 800



“Bu  gün mətbuat-cəmiyyət münasibətlərindən tez-tez  söhbət açılır.  Bu söhbətlərin  kökündə  əsasən,  KİV əməkdaşlarının  peşə  etikası, məsuliyyəti, ən əsası  vətənpərvərlik  hissi  önə çəkilir. 

Azərbaycan Jurnalistlərinin VI qurultayında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov  çox haqlı olaraq qeyd etdi ki, bəziləri ölkədə yaxşı nə varsa, öz adına çıxmağa, pis olanları isə dövlətin üzərinə atmağa vərdiş ediblər. Bəzən hakimiyyəti tənqid etmək əvəzinə, dövləti tənqid edirlər, hakimiyyətə qarşı mübariz aparmaq fonunda dövlətin əleyhinə fəaliyyət göstərirlər...  

Mən deyərdim ki, tənqid   çox vaxt  ifrat dərəcədə   böhtana, təhqirə, şantaja, qarayaxmaya,  hədyana bənzəyir. Hər birimiz  hakimiyyətə opponent partiyaların  mətbu  orqanlarında belə faktlarla dönə-dönə qarşılaşırıq  və  buna təəssüf edirik.

Cəmiyyətlə  vətəndaş,  dövlətlə  xalq arasında  münasibətlərə    süni  şəkildə kölgə salıb,  körpüləri  yandırmaq olmaz! Müxalifət  qəzetlərində  çalışan qələm sahibləri  mənə elə gəlir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  media ilə hökumət arasında həssas mühitin yaradılmasına qayğısını bilərəkdən görməməzliyə  vururlar.

Öz tənqidi yazıları ilə diqqət çəkən, Azərbaycanda vətəndaş cəmiyyətinin olmadığını  söyləyən  teleqraf.az saytının baş redaktoru  Nicat Dağların səhhətində ciddi problemlərlə bağlı fikirləri öyrənən kimi  dərhal   onun müalicəsinə lazım olan bütün vəsaitlərin ödənilməsi və bu işin həyata keçirilməsi üçün göstəriş  verməsi cənab İlham Əliyevin “Mən hər bir Azərbaycan vətəndaşının  prezidenti olacağam”  vədininin  bariz nümunəsi deyilmi? 

Azərbaycan cəmiyyətinin  bütün təbəqələrində  dövlət başçımızın   məlum hadisəyə operativ münasibəti  çox   rəğbətlə qarşılandı. “Dövlət başçısına təşəkürümü ifadə etmək üçün söz tapa bilmirəm” – deyən  Nicat Dağları  isə  mənim  bildiyimə görə, bu günəcək  müxalifət düşərgəsindən  bir nəfər də  olsun arayıb-axtarmayıb… 

İctimai həyatın müxtəlif sahələrinə dair təşəbbüslərin dəstəklənməsində, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılmasında, onlara fəxri adların  verilməsində Azərbaycan  Prezidentinin  diqqət və qayğısına aid  neçə-neçə  faktları sadalamaq olar. 22 iyulda  Milli Mətbuat günü münasibətilə jurnalistlər üçün tikilmiş binanın  mənzillərinin paylanmasında Azərbaycan Prezidentinin tövsiyyəsi ilə  müxalifət qəzetində çalışan jurnalistlər də  nəzərə alınıb.Jurnalist peşəsi şəffaf, görünən peşədir. Hə hansı  bir qəzetə baxanda, yaxud social şəbəkələrdə yazılanlari  gözdən keçirəndə  imza sahibinin – jurnalistin mənəviyyatı,   əxlaqı,  obyevtikliyi,  kimliyi   görünür. Məncə,  ruhunda vətənpərvərlik hissi  olan  hər bir   jurnalistı  öz  peşə  borcunu  doğru-dürüst yerməqə qadirdir.

Qarşıdan növbəti prezident seçkiləri gəlir. Media və seçki  demokratiyanın qoşa qanadı  hesab olunur.  Günü-gündən   inkişaf  edən ölkəmizdə  media nümayəndələri istənilən situasiyada ədalətli  mövqe tutmalı,  hadisələri  düzgün işıqlandırmağa borcludurlar. Diqqəti cəlb etmək  xatirənə  ucuz vasitələrə əl atmaq, yalan, böhtan, hədyanlar yazmaq düşmən dəyirmanına su tökməkdən savayı bir şey deyil”.