YAP-ın yaranması ilə bağlı tədbirlər başlayır

yap-in-yaranmasi-ile-bagli-tedbirler-baslayir-
Oxunma sayı: 695

“Qafqazinfo”nun məlumatına görə, bu sözlər YAP-ın Nəsimi rayon təşkilatının yaydığı press-relizdə əksini tapıb. Məlumatda qeyd olunub ki, bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir: “Heç Şübhəsiz ki Bu nailiyyətlər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Ölkə Prezidenti, Partiyanın sədri cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olmuşdur. Bu gün ölkəmizdə hüquqi dövlət quruculuğunun və qazanılan nailiyyətlərin birbaşa səbəbkarı və təşkilatçısı olan Yeni Azərbaycan Partiyası gündən-günə daha da mükəmməlləşir, təkmilləşir və öz sıralarını genişləndirərək inkişaf edir. Sevindirici haldır ki bu gün Yeni Azərbaycan Partiyası üzvlərinin böyük əksəriyyətini Ulu Öndərimiz Heydər Əliyevin və ölkə Prezidenti Cənab İlham Əliyevin böyük önəm verdiyi gənclər ordusu təşkil edir. Bu Yeni Azərbaycan Partiyasının gücünə güc qatır. Dünənin, bu günü, sabahın” partiyası olan Yeni Azərbaycan Partiyası həm də gəncliyin partiyasıdır. YAP-ın yaranmasının 19 illiyi və partiya həyatında gənclərin mövqeyinin gündən-günə daha da güclənməsi münasibəti ilə YAP Nəsimi rayon Təşkilatı silsilə tədbirlər hazırlamışdır. Bu tədbirlərdən birincisi YAP Nəsimi rayon Təşkilatının “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə təşkil etdiyi “Yeni Azərbaycan Partiyası gəncliyin və gələcəyin partiyasıdır” adlı tədbirdir. .

Qeyd edək ki, sözügedən tədbir 17 noyabr 2011-ci il tarixində saat 15.00-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Akt zalında keçiriləcək.