YAP-ın yaranmasının ildönümü qeyd olundu

YAP-ın yaranmasının ildönümü qeyd olundu
Oxunma sayı: 692

Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Qadınlar Şurasının təşkilatçılığı ilə YAP üzvü bir qrup fəal qadınlarla görüş keçirilib. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə Millət vəkilləri Aqiyə Naxçıvanlı, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Jalə Əliyeva, Sevinc Hüseynova, Nərimanov rayon İcra Başçısının müavini İradə Mahmudova, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, YAP-ın rayon təşkilatlarının Qadınlar Şuralarının sədrləri, Nərimanov rayonunun ictimai-siyasi həyatında fəallığı ilə seçilən qadınlar iştirak edib. 

Məhəbbət İbrahimova çıxışında bildirib ki, YAP-ın ölkənin avanqard qüvvəsinə çevrilməsində təşkilatdakı xanımların rolu böyükdür. Böyük inkişaf yolu keçən partiya beynəlxalq aləmdə də aparıcı siyasi təşkilat statusunu qazanıb. 

Tədbirdə çıxış edən millət vəkilləri qadınların ölkədə hər bir sahədə təmsil olunduğunu və öz fəaliyyətləri ilə fərqləndiklərini qeyd edib. 

Tədbirdə qadınlara Yeni Azərbaycan Partiyasının emblemi həkk olunmuş yaylıq hədiyyə edilib. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi