YAP konfrans keçirib

YAP konfrans keçirib
Oxunma sayı: 2

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan "Azərbaycan dünyaya günəş kimi doğacaq" mövzusunda konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov konfransda çıxış edərək 15 İyunun Azərbaycan tarixində özünəməxsus yerindən danışıb, bu günün xalqımızın taleyində dönüş anı olduğunu vurğulayıb. Baş nazirin müavini Azərbaycanın müasir tarixində iki önəmli hadisənin - müstəqilliyin bərpasının və Milli Qurtuluş Gününün önəmini diqqətə çatdırıb. 

Azərbaycanın sürətlə inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Əli Əhmədov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. 

YAP Siyasi Şurasının üzvü, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1993-cü il iyunun 15-nin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında mühüm başlanğıc nöqtəsi olduğunu qeyd edib. 

Azərbaycan Dillər Universitetinin kafedra müdiri Aynur Sabitova, YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin üzvü Elnurə Cəfərzadə Milli Qurtuluş Gününün müasir Azərbaycan gənclərinin inkişafında yeri və rolunu xüsusi vurğulayıb. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi