YAP rəsmisi Bakıda keçiriləcək hərbi paraddan danışdı

yap-resmisi-bakida-kecirilecek-herbi-paraddan-danisdi-
Oxunma sayı: 673

Mübariz Qurbanlı, həmçinin Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrdə fransalı həmsədr B.Fasyenin Azərbaycanın hərbi büdcəsinin Ermənistanın hərbi büdcəsindən artıq olduğunu, Azərbaycanın silahlanmaya diqqət yetirməsi ilə bağlı səsləndirdiyi fikrilərə də münasibətini bildirib: “Ölkəmizin 17.2 min kvadrat kilometr ərazisi işğal olunub. İşğal olunmuş ərazilərini azad etmək Azərbaycanın hüququdur. BMT-nin Nizamnaməsinin 51-ci maddəsi buna tam əsas verir. Eyni zamanda BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Bundan əlavə, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədlər qəbul edib. Bu hüququnu təmin etmək üçün Azərbaycan diplomatik siyasəti ilə bərabər hərbi gücünü artırmalıdır. Təcavüzə məruz qalan ölkənin öz hərbi gücünü artırması qəbahət deyil. Qəbahət təcavüzkarın öz hərbi potensialını artırması və başqalarının torpağını ilhaq etməkdir” .

Bununla da, iyunun 26 da keçiriləcək hərbi paradda Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya nümayiş olunacağını deyən Qurbanlı ölkəmizin mənəvi, psixoloji, iqtisadi, sosial, siyasi üstünlüyü nəticə etibarilə xarici dairələri Ermənistana təzyiq göstərməyə vadar edəcəyini vurğulayıb.