YAP sosialistlərlə müqavilə bağlayacaq

yap-sosialistlerle-muqavile-baglayacaq
Oxunma sayı: 640

Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin yaydığı məlumata görə, səfərin məqsədi hakim Yeni Azərbaycan Partiyası ilə Monteneqro Sosialistlərinin Demokratik Partiyası arasında əlaqələrin inkişafına dair danışıqlar aparmaqdır. Yeni Azərbaycan Partiyası ilə Monteneqro Sosialistlərinin Demokratik Partiyası arasında əməkdaşlığa dair saziş imzalanacaq.

Səfər çərçivəsində Milo Çukanoviç bir sıra görüşlər keçirəcək, Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.