“YAP yeni Azərbaycanı yaratmaqdan ötrü yaradılıb”

yap-yeni-azerbaycani-yaratmaqdan-otru-yaradilib
Oxunma sayı: 634

Bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov YAP-ın yaranmasının 19-cu ildönümü ilə bağlı açıqlamasında deyib: “YAP yarandıqdan altı ay keçməmiş hakim partiyaya çevrildi. Partiyanın sədri, ümummilli lider Heydər Əliyev Azərbaycanın rəhbəri oldu. Azərbaycanı didib-parçalayan, xalqı narahat edən hərc-mərclik, dərəbəylik, anarxiya, qeyri-sabitlik tədricən aradan qaldırıldı. Azərbaycan Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli addımları sayəsində sabit bir ölkəyə çevrildi. Əmin-amanlıq təmin edildi, iqtisadi tənəzzülün qarşısı alındı, insanlar gələcəyə nikbinliklə, ümidlə baxmağa başladılar. Azərbaycan qonşu dövlətlərlə normal münasibətlərini bərpa etdi, dünya birliyində özünün layiqli yerini tutdu”.

Əli Əhmədov açıqlamasında bildirib ki, YAP yarandıqan sonra yenilikləri, yeni ideyaları, çağırışları özündə ehtiva edən bir təşkilat olub. YAP yeni Azərbaycanı yaratmaqdan ötrü yaradılıb.