Yapon milyarderin tviti tarixə düşdü

yapon-milyarderin-tviti-tarixe-dusdu
Oxunma sayı: 2630

5 yanvarda “Zozo” adlı geyim riteylerinin təsisçisi Yusaku Maezava Tvitter hesabında maraqlı bir tvit paylaşıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, o, həmin tviti paylaşacaq insanlardan 100 təsadüfi şəxs seçiləcəyini və 100 milyon yen (923 min dollar) dəyərində uduş keçirəcəyini bildirib.

Nəticədə onun tviti 3 gün ərzində 5,6 milyon dəfə paylaşılıb və Tvitter tarixində ən çox paylaşılmış tvit olub.

Məlumat üçün bildirək ki, yapon milyarder “SpaceX” şirkətinin 2023-cü ildə kosmosa göndərəcəyi ilk kosmik turist olacaq.