Yapon nazir Azərbaycana gəlir

yapon-nazir-azerbaycana-gelir
Oxunma sayı: 2735

Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycana səfər edəcək.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, sentyabrın 2-də nazirin Cənubi Qafqaz ölkələrinə səfəri başlayıb. Taro Kono əvvəlcə Ermənistana və Gürcüstana, sentyabrın 5-də isə Azərbaycana gələcək. O, 1999-cu ildən sonra Yaponiyadan Azərbaycana səfər edən ikinci xarici işlər naziridir.

Nazirin regiona səfərində məqsəd Cənubi Qafqaz ölkələri ilə Yaponiya arasındakı əməkdaşlığı genişləndirməkdir.