Yaponiya da ABŞ-ın çağırışına qoşuldu - “Huawei”ə qadağa

yaponiya-da-abs-in-cagirisina-qosuldu
Oxunma sayı: 1286

Yaponiya hökuməti Çinin “Huawei” və “ZTE” şirkətlərinin bu ölkənin ərazisində dövlət müqavilələri əldə etməsi və dövlət alqı-satqılarında iştirak etməsinə qadağa qoyub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, atılan addım yaponiyalı nazir və məmurlarının iştirakı ilə kiber təhlükəsizliklə bağlı baş tutan iclasın yekununda qəbul edilib. Hər iki şirkət Yaponiya hökumətinin qərarını şərh etməkdən imtina edib. 

Çinin XİN-i məsələyə dərhal reaksiya verib və Yaponiyadan bütün Çin şirkətlərinin, o cümlədən “Huawei” və “ZTE”nin fəaliyyəti üçün ədalətli şərtlər yaradılmasını tələb edib. 

Qeyd edək ki, qərar ABŞ-ın öz müttəfiqlərini cəsusluq təhlükəsi ilə əlaqədar bu şirkətlərin məhsullarından imtina etməyə çağırmasından sonra qəbul edilib. 

Xatırladaq ki, Kanada hökuməti dekabrın 1-də "Huawei”in maliyyə direktoru və vəliəhdi Men Vançjounu həbs edib. Vaşinqton onu ABŞ-ın İrana qarşı tətbiq etdiyi ticari sanksiyaları pozmaqda ittiham edib. ABŞ-a ekstradisiya ediləcəyi halda onu 60 ilə qədər həbs gözləyir.