Yaponiya da Quaydonu prezident kimi tanıdı

yaponiya-da-quaydonu-prezident-kimi-tanidi
Oxunma sayı: 650

Yaponiya hökuməti müxalifət lideri Xuan Quaydionu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb. “Qafqazinfo”nun “TASS” agentliyinə istinadən xəbərinə görə, bu barədə Yaponiya XİN rəhbəri Taro Kono bildirib.

Qeyd edək ki, hazırda Xuan Quaydonu legitim prezident kimi ABŞ, Kanada, Sloveniya və Latın Amerika ölkələri tanıyır. Rusiya və Türkiyə Nikolas Maduronu dəstəklədiyini bildirib.

X. Quaydo isə 61 ölkənin onu tanıdığını bəyan edib.