Yaponiya mətbuatı Azərbaycandan yazıb

yaponiya-metbuati-azerbaycandan-yazib
Oxunma sayı: 640

Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müsahibələrdə müstəqillik tariximiz, Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Demokratik Respublikasının varisi olması barədə oxuculara məlumat verilib.

Müstəqilliyin bərpa edildiyi son iyirmi il ərzində Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin iqtisadi qüdrəti vurğulanaraq, zəngin karbohidrogen ehtiyatlarına malik bir dövlət kimi qlobal enerji təhlükəsizliyinin təminatında mühüm yer tutması, regional əhəmiyyətli iqtisadi layihələrin reallaşdırılmasında əsas söz sahiblərindən biri olması qeyd edilib.

Müsahibələrdə həmçinin 11 mart 2011-ci ildə Yaponiyada baş vermiş təbii fəlakətdən sonra Azərbaycan xalqının daim Yapon xalqının yanında olduğu və bu ölkəyə bir milyon ABŞ dolları həcmində yardım göstərdiyi vurğulanıb.

Səfir müsahibələrində Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinə dair məlumat verərək, münaqişənin doğurduğu ağır nəticələr, ölkəmizin torpaqlarının 20%-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və 1 milyon vətəndaşımızın doğma evlərindən didərgin düşməsini vurğulayıb. Beynəlxalq təşkilatlar və dünya dövlətlərinin, o cümlədən Yaponiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri qeyd olunub.