Yaponiya Olimpiya Oyunları büdcəsini yenə azaltdı

Yaponiya Olimpiya Oyunları büdcəsini yenə azaltdı
Oxunma sayı: 551

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının büdcəsi azaldılıb.

“Qafqazinfo” xəbər verir ki, büdcə 35 milyard yen (təxminən 309 milyon dollar) azaldılaraq, 1 trilyon 350 milyard yenə (12 milyard dollardan bir qədər az) endirilib.

Tokiodan kənardakı yarışların təşkili üçün nəzərdə tutulan xərclər olimpiya lotereyasından əldən olunacaq vəsaitlə qarşılanacaq.

Qeyd edək ki, başlanğıcda “Tokio-2020”nin büdcəsi 18 milyard olub. Lakin tədricən azaldılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi