Yaponiya və ABŞ hərbi gəmiləri toqquşub

yaponiya-ve-abs-herbi-gemileri-toqqusub
Oxunma sayı: 1489

Yaponiya yedək gəmisi və ABŞ esmineçi ilə toqquşub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin yeddinci donanması məlumat yayıb.

Məlumatda bildirilir ki, təlimlər zamanı Yaponiya gəmisi idarə etməni itirib və qəzaya səbəb olub. İnsident zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılacağı bildirilib.

Qeyd edək ki, avqustda "Con Makkeyn" esmineçi ticarət gəmisi ilə toqquşması nəticəsində 10 nəfər ölüb, 5 nəfər isə yaralanmışdı.