Yaponiya və Azərbaycan seysmoloqları əməkdaşlığa başlayır

yaponiya-ve-azerbaycan-seysmoloqlari-emekdasliga-baslayir
Oxunma sayı: 641

Bununla bağlı Yaponiyanın Şineyei Kaisa şirkətinin meneceri Amano Ryo və Oyo İnternational sirkətinin eksperti, seysmoloq, elmlər doktoru Takahaşi Masakazu Azərbaycana səfər ediblər. Qonaqlar səfərləri çərçivəsində AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.

RSXM-dən “Qafqazinfo”ya verilən məlumata görə, keçirilən görüşdə Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli, Baş direktorun elmi məsələlər üzrə müavini, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Azay Rzayev və RSXM-ın Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya elmlər doktoru Tahir Məmmədli, AMEA RSXM-ın elmi əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, Yaponiyanın Şineyei Kaisa şirkətinin meneceri Amano Ryo və Oyo İnternational sirkətinin eksperti, seysmoloq, elmlər doktoru Takahaşi Masakazu, eləcə də Şineyei Kaisa şirkətinin MDB və Türkiyə regionu üzrə meneceri, elmlər doktoru Xaqani Məlikov iştirak ediblər. Müzakirələr zamanı Azərbaycandakı seysmoloji tədqiqatların və potensial zəlzələlərə qarşı hal-hazırkı vəziyyətin öyrənilməsi, texniki əməkdaşlıq çərçivəsində tərəflər arasında təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə edilib. Görüşdən sonra qonaqlar AMEA RSXM-ın telemetrik seysmik stansiyalarının iş prinsipi ilə yaxından tanış olublar.

Daha sonra yaponiyalı qonaqlar Fövqəladə Hallar Nazirliyində, AMEA -nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə və direktorun elmi işlər üzrə müavini, akademik İbrahim Quliyevlə də görüşlər keçiriblər. Yaponiyalı qonaqların daha bir görüşü isə XİN-də olub.

Nigar Məmmədli