Yaponiya yaşlıları itirmək istəmir - 70 yaşa kimi işləyə biləcəklər

Yaponiya yaşlıları itirmək istəmir
Oxunma sayı: 890

Yaponiya Nazirlər Kabineti ölkə vətəndaşlarına istəklərinə uyğun olaraq 70-dən yuxarı yaşda pensiyaya çıxmağa icazə verən proqramı təsdiqləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sənəddə təklif olunan dəyişikliklərin 2020-ci ildə qanunvericiliklə təsdiqlənməsi nəzərdə tutulur. 

Yaponiya baş naziri Sindzo Abe bildirib ki, elə bir cəmiyyət yaradılmalıdır ki, istəyə uyğun və fiziki imkanlar mövcud olduğu halda insanlar işləyə və aktiv həyat tərzi keçirə bilsinlər.  Hökumət hesab edir ki, Yaponiyada yaşlıların sağlamlıqları qibtə ediləcək səviyyədədir. 

Səhiyyə orqanlarının rəsmi açıqlamalarına görə, ölkədə kişilər orta hesabla 71 yaşına kimi, qadınlar isə 74 yaşına kimi iş qabiliyyətlərini saxlayırlar. Hökumət yaşlılara əsas əmək rezervləri kimi baxır. 

Qocalıq və demoqrafik tənəzzül isə ölkənin ən kəskin sosial problemi olaraq qalır. 

Qeyd edək ki, hazırda ölkədə 65 yaşına çatmış şəxslər pensiyaya çıxa bilirlər. Lakin istəyə uyğun olaraq insanlar 60 yaşından başlayaraq da pensiyaya çıxa bilərlər. Bu zaman pensiyanın həcmi azalır, 65 yaşdan sonra isə əksinə, pensiyaya əlavələr edilir.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi