Yaponiya yığması Bakıya gələcək

yaponiya-yigmasi-bakiya-gelecek
Oxunma sayı: 630

Qol.Az-ın məlumatına görə, turnirdə iştirakla bağlı artıq Yaponiya Futbol Assosiasiyasından AFFA-ya təsdiq məktubu göndərilib. Məktubda dəvət üçün minnətdarlıq edilib və Yaponiyanın müvafiq yaş qrupundan ibarət yığma komandasının Caspian Cup turnirində məmnuniyyətlə iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən I Caspian Cup turnirinin qalibi Türkiyə yığması olub. İspaniya komandası ikinci, Azərbaycan yığması isə üçüncü yeri tutub.