Yaponiyada 300 mindən çox sakinə evakuasiya xəbərdarlığı

yaponiyada-300-minden-cox-sakine-evakuasiya-xeberdarligi
Oxunma sayı: 930

Yaponiyanın Kobe şəhərində 287 min sakinə yaxınlaşan güclü “Cebi” qasırğası ilə bağlı evakuasiya xəbərdarlığı edilib.

“Qafqazinfo” xəbər verir ki, Xirosima şəhər hökuməti də 90 min sakinə evakuasiya etmələrini tövsiyə edib. Bu saata qədər Yaponiyada 632 reys ləğv edilib.

 “West Japan Railway Company” dəmir yolu şirkəti Osaka, Xirosimaya gedən sürət qatarları və ekspresslərin hərəkətini dayandırmaq məcburiyyətində qalıb. 

Meteoroloqların məlumatına görə, küləyin episentrdə sürəti saatda 160 kilometrdir. Proqnozlara görə, dalğaların hündürlüyü 12 metrə çata bilər.