Yaponiyada 5,2 bal gücündə zəlzələ olub

yaponiyada-52-bal-gucunde-zelzele-olub
Oxunma sayı: 658

Yaponiya sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Miyako adasından 6 km şərqdə, 60 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.